Bizi narahat edən məsələləri diplomatik yolla nəzərə alan İranla razılığa gəlmək mümkündür.
Sitat.info xəbər verir ki, bunu ABŞ Dövlət katibi Marko Rubio deyib.
Rubio İranla razılığa gəlməyin asan olmayacağını bildirib:
“ABŞ buna nail olmaq üçün bütün səylərini göstərəcək. Danışıqlar olacaq. Ümid edirik ki, razılaşma əldə olunacaq".
Qeyd edək ki, danışıqların növbəti mərhələsi fevralın 17-də Cenevrədə keçiriləcək.