EN

NURAN özünə mahnı bəstələdi - VİDEO

Müğənni NURAN “Niyə?” adlı mahnısını yayımlayıb.

"Yeni Sabah" xəbər verir ki, ifaçı sözü və musiqisi özünə məxsus olan ilk bəstəsini dinləyicilərin ixtiyarına verib

Mahnısı üçün kamera qarşısına keçən NURAN Hüseyn Həsənovun rejissorluğu ilə klip çəkdirib. 

Ekran işində ifaçının stili üzərində tanınmış stilist Fuad Hacıyev (Fuad Cherniy) çalışıb. 

Layihədə model qismində Aysel Səfərova rol alıb. 

Ümumilikdə NURAN bu mahnı ilə dinləyicilərinə çağırış edib, ifaçı bəzi etirafların vaxtında dilə gətirilməli olduğunu bildirib.  NURAN susmamağı, etiraf etmək üçün tələsməyi, bəhanə gətirmədən ürəklərindəki sözləri deməyi musiqi ilə yoluyla  çatdırıb.

İfaçı “Niyə?”lər ömür boyu cavabsız qalmasın deyə belə bir mahnı bəstələdiyini söyləyib. Layihə Elvin Elxanın direktorluğu ilə ərsəyə gəlib. Mahnının musiqi prodüseri isə tanınmış müğənni, NURAN-ın vokal müəllimi Elçin Cəfərovdur.

Qeyd edək ki, “Niyə?” Yutubda və bütün musiqi platformalarında paylaşılıb.


Telegram kanalımız
Chosen
12
2
yenisabah.az

3Sources