EN

İkinci əl avtomobillər bahalaşıb?

2026-cı ildən etibarən avtomobil idxalına tətbiq edilən gömrük və vergi güzəştlərinin müddəti başa çatıb, ona görə də həm dilerlər, həm də fərdi alıcılar yeni avtomobil gətirməyə maraqlı deyil. Bəs bu, ikinci əl avtomobil bazarına necə təsir edir?Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasına (AADA) sədri Eyyub Əliyev Metbuat.az-a açıqlamasında təsdiqləyib ki, yanvar ayının 1-dən etibarən ekoloji təmiz nəqliyyat vasitələrinə tətbiq edilən güzəştlər dayandırılandan sonra bazarda müəyyən durğunluq hiss olunur. Onun sözlərinə görə, əslində, yanvar–fevral aylarında bazarda hər zaman nisbi sakitlik olur, lakin bu dəfə güzəştlərin bitməsi həmin durğunluğu bir qədər də artırıb: “Bununla belə, rəsmi dilerlər yenə də aktivdir və avtomobil idxalını davam etdirirlər. Sadəcə ilin əvvəli olduğu üçün əvvəlki ildən qalan stok avtomobillər satılır, yeni istehsal olunan modellər isə adətən fevralın sonundan sonra tədarük edilir və mart ayında satışa çıxarılır. Bu proses ənənəvi olaraq hər il təkrarlanır”. E.Əliyev qeyd edib ki, güzəştlərin bitməsindən sonra ikinci əl avtomobil bazarında müəyyən canlanma hiss olunur: “Ehtimal olunur ki, yay aylarında ikinci əl avtomobil bazarında daha aydın canlanma müşahidə olunacaq”.

Sevinc İbrahimzadə / Metbuat.az

Chosen
18
4
metbuat.az

5Sources