EN

AB: İsraili işğal olunmuş Qərb Şəriyəsindəki yeni qərarlarını ləğv etməyə çağırırıq



Avropa Birliyi (AB) Komissiyası, ilhaqın qanunsuz olduğunu vurğulayaraq, İsrail hökumətini işğal olunmuş Qərb Şəriyəsindəki C bölgəsi ilə bağlı yeni qərarlarını ləğv etməyə çağırdı.Avropa Komissiyasının Xarici İşlər üzrə sözçüsü Anuar Əl Anouni gündəlik mətbuat brifinqində jurnalistlərin suallarını cavablandırıb.
İsrail hökumətinin işğal olunmuş Qərb Sahilində Fələstin torpaqlarının ələ keçirilməsini "rəsmiləşdirəcək" birtərəfli "torpaq qeydiyyatı prosesi"nə başlamaq qərarı barədə danışan Əl Anuni bildirib ki, "İsrailin C bölgəsində yeni addımlar atmaq qərarı Birləşmiş Millətlər Təşkilatının qətnamələrinə və iki dövlətli həll yoluna ziddir".

Əl Anuni xatırladıb ki, AB İsrailin işğal olunmuş ərazilər üzərində suverenliyini tanımır və əlavə edib: "İlhaq beynəlxalq hüquqa ziddir və biz İsraili qərarını ləğv etməyə çağırırıq".
İsrail dövlət televiziyasının məlumatına görə, Təl-Əviv hökuməti 1967-ci ildən bəri ilk dəfə Qərb Şəriyəsində torpaq qeydiyyatı prosesini yenidən başlatmaq qərarına gəlib.

Maliyyə naziri Bezalel Smotriç, ədliyyə naziri Yariv Levin və müdafiə naziri Yisrael Katz tərəfindən təqdim edilən təklif hökumət tərəfindən təsdiqlənib.

Qərar Qərb Şəriyəsinin təxminən 61 faizini təşkil edən və tam İsrail nəzarəti altında olan C bölgəsindəki torpaqların "dövlət mülkiyyəti" kimi qeydiyyata alınmasını hədəfləyir.

Proses əmlakın qeydiyyatı, satış icazələri və rüsumların yığılmasını əhatə edir və bu da Fələstin Muxtariyyətinin bu ərazilərdəki səlahiyyətlərini tədricən ləğv edir.

İsrail mediasının məlumatına görə, məqsəd 2030-cu ilə qədər C bölgəsinin təxminən 15 faizini tədricən "qeydiyyata almaq"dır.

İsrail rəsmiləri bu qərarı "məskunlaşma fəaliyyətlərini gücləndirmək" üçün bir addım kimi müdafiə etsələr də, Fələstin tərəfi və regional ölkələr bunu Qərb Şəriyəsinin faktiki olaraq ilhaqına yol açan bir təşəbbüs kimi görürlər.

aia.az
Tərcümə şöbəsi



Chosen
35
aia.az

1Sources