EN

Britaniyada sahilə çoxsaylı qorxunc canlılar çıxıb

ain.az, Baku.ws portalına istinadən məlumat verir.

Böyük Britaniyanın Stadlend kəndində yerləşən çimərlikdə qeyri-adi molyusklar aşkarlanıb.

BAKU.WS xəbər verir ki, bu barədə "Bournemouth Daily Echo" nəşri yazıb.

Sahilə çoxlu sayda açılmış balıqqulaqları çıxıb və onların içindən çürümüş bananı xatırladan uzunsov bədənlər sallanıb. Qorxunc görünüşlü canlılar "su samuru balıqları" adlanan ikiçarpaq molyusklar -"Lutraria" cinsinə aid növlər kimi müəyyən edilib.

Adətən bu molyusklar dənizin dibində yaşayır. Onların sahilə çıxmasına səbəb güclü küləklər olub. Qalxan dalğalar onurğasızları dəniz dibindən qopararaq dayaz sulara və sahilə çıxarıb. Ehtimal olunur ki, tapılan molyuskların yaşı təxminən yeddi ildir.

Dorset qraflığında vəhşi təbiətin mühafizəsi ilə məşğul olan "Dorset Wildlife Trust" təşkilatının əməkdaşları bildiriblər ki, bu cür hadisələr tez-tez baş vermir. Sonuncu dəfə oxşar hal 2018-ci ildə müşahidə olunub.

Qalereya

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
37
1
baku.ws

2Sources