EN

İranla razılığa gələ bilərik - Rubio

Bizi narahat edən məsələləri diplomatik yolla nəzərə alan İranla razılığa gəlmək mümkündür.

Bakıvaxtı.az xəbər verir ki, bunu ABŞ Dövlət katibi Marko Rubio deyib.

Rubio İranla razılığa gəlməyin asan olmayacağını bildirib:

“ABŞ buna nail olmaq üçün bütün səylərini göstərəcək. Danışıqlar olacaq. Ümid edirik ki, razılaşma əldə olunacaq".

Qeyd edək ki, danışıqların növbəti mərhələsi fevralın 17-də Cenevrədə keçiriləcək.

Chosen
10
2
bakivaxti.az

10Sources