EN

Medinski niyə qayıtdı? Peskov açıqladı, amma...

Hurriyyet portalından alınan məlumata görə, ain.az xəbər verir.

Məlum olduğu kimi, uzun fasilədən sonra Vladimir Putinin köməkçisi Vladimir Medinski yenidən Ukrayna ilə danışıqlarda Rusiya nümayəndə heyətinə rəhbər təyin olunub.

“AzPolitika” xəbər verir ki, mətbuata açıqlamasında Kremlin mətbuat katibi Dmitri Peskov bu məsələyə aydınlıq gətirib. O deyib ki, İsveçrədəki sülh danışıqları Əbu-Dabidəki danışıqlardan daha geniş məsələləri əhatə edəcək. Kreml rəsmisi tərəflərin ərazi məsələlərini də müzakirə edəcəklərini bildirib. Peskovun sözlərinə görə, məhz bu səbəbdən də danışıqlarda Putinin köməkçisi Vladimir Medinskinin iştirakı vacibdir.

Qeyd edək ki, Medinski indəyə qədər Rusiyanın ərazi tələblərində “sərt xətt” tərəfdarı olub. Qərbdə və hətta Rusiyanın özündə də ciddi fiqur kimi qəbul edilməyən Medinski Ukrayna ilə danışıqlarda Rusiyanın ərazi tələblərini, beynəlxalq hüquqla yox, “tarxə istinadla” əsaslandırmağa çalışıb…

Peskov deyib edib ki, Cenevrəyə Medinskidən əlavə, Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin və Baş Kəşfiyyat İdarəsinin rəisi İqor Kostyukov da gedəcək.

Onun sözlərinə görə, Putinin xüsusi nümayəndəsi Kirill Dmitriyev də Cenevrəyə səfər edəcək, lakin o, yalnız ABŞ ilə iqtisadi əməkdaşlığa diqqət yetirəcək.

Xatırladaq ki, bu gün Ukrayna nümayəndə heyəti Cenevrəyə yola düşüb. Orada 17-18 fevral tarixlərində Ukrayna, ABŞ və Rusiya arasında üçtərəfli danışıqların yeni mərhələsi keçiriləcək.

13 fevralda Putinin köməkçisi Vladimir Medinskinin danışıqlara nümayəndə heyətinin başçısı kimi qayıdacağı açıqlanıb. ABŞ-nin Rusiyadakı keçmiş səfiri Maykl Makfolun sözlərinə görə, bu, Kremlin Ukrayna ilə real sülh danışıqlarında maraqlı olmadığını göstərir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
114
hurriyyet.az

1Sources