EN

İran etirazçılarının “qırx mərasimləri” KONKRET

ain.az, Konkret.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İran hakimiyyəti etiraz aksiyaları zamanı həlak olanların 40 günlük anım mərasimləri ərəfəsində ölkənin mərkəzində yerləşən Arak şəhərindəki əsas qəbiristanlığı bağlayıb. Bu barədə həlak olanların yaxınları Iran International-a məlumat veriblər.

KONKRET.az xəbər verir ki, Arak şəhərindəki qəbiristanlıq fevralın 18-dək bağlı qalacaq. Bəzi ailələr fevralın 16 və 17-də anım mərasimləri keçirməyi planlaşdırırdı.

Bundan əlavə, Tehrandakı Beheşt-e Zahra qəbiristanlığında İran təhlükəsizlik qüvvələrinə məxsus avtomobillər yerləşdirilib. Bu addımın mümkün kütləvi toplaşmaların qarşısını almaq məqsədi daşıdığı bildirilir.

Natiq Səlim,

KONKRET.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
52
1
konkret.az

2Sources