EN

Emin Hüseynovun 247,5 min manat borcunu hansı ölkə ödəyib? Faktlar açıqlandı + FOTO

ain.az bildirir, Hurriyyet portalına istinadən.

Azərbaycan hökumətinə qarşı Qərb ölkələrində qarayaxma kampaniyasının əsas təşkilatçılarından olan Emin Hüseynovun axtarışda olduğu dövrdə ölkədən necə çıxarılması barədə yerli mediada faktlar açıqlanır.

“AzPolitika” xəbər verir ki, E.Hüseynovun rəhbərlik etdiyi Reportyorların Azadlıq və Təhlükəsizliyi İnstitutu (RATİ) uzun müddət xarici fondlardan, səfirliklərdən külli miqdarda qrant vəsaitləri alıb. Bakıda fəaliyyətdə olduğu dövrdə onun əldə etdiyi qrantların məbləği bir neçə milyon manat təşkil edib.

Qərb fondlarının Eminə qarşı belə səxavətli olması həm də onun ABŞ vətəndaşı, o zaman Bakıda fəaliyyət göstərmiş Sülh Korpusunda çalışan Sarah Polsvordla evlənməsi ilə bağlıdır. Bununla RATİ rəhbəri donorlar və onları himayə edən qurumlarla bağlarını möhkəmləndirib və inanılmış şəxsə çevrilib.

2014-cü ilin sentyabr ayında RATİ-yə qarşı açılmış cinayət işində vergidən yayınma ittihamı da yer alıb.

Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində həm də Emin Hüseynova qarşı cinayət işi başlanıb. Həmin işdə ona və RATİ-nin fəaliyyətinə aid ittihamlar arasında qanunsuz sahibkarlıq fəaliyyəti və vergi ödəməkdən yayınma maddələri göstərilib.

RATİ‑yə qrant müqavilələri ilə daxil olan vəsaitlərin rəsmi qeydiyyatdan yayındırılması nəticəsində təşkilat 247 551 manat məbləğində (o dövrdəki məzənnə ilə 236 281 ABŞ dolları) vergidən yayınmaqda şübhəli bilinib.

E.Hüseyov əvvəlcə Bakıda müxtəlif ünvanlarda gizlənərək istintaqdan yayınb. Daha sonra onun saçlarının rəngini dəyişərək və qadın paltarı geyinərək İsveçrənin Azərbaycandakı səfirliyinə sığındığı bildirilir.

Təxminən 10 ay burada “dincəldikdən” sonra 2015-ci ilin 13 iyununda Azərbaycan hökuməti ilə aparılan danışıqların nətcisəi olaraq İsveçrə Xarici İşlər Nazirliyinin yüksək rütbəli diplomatının müşayiəti ilə bu ölkəyə aparılıb. Bu zaman onun vergi borcu da İsveçrə hökuməti tərəfindən ödənilib və E.Hüseynovun Azərbaycan vətəndaşlığına xitam veriib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
63
hurriyyet.az

1Sources