EN

Kişi onunla kobud danışan arvadını döydü

ain.az xəbər verir, Demokrat.az saytına əsaslanaraq.

Bakının Sabunçu rayonunda 35 yaşlı kişi həyat yoldaşına xəsarət yetirib.Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin iyulun 25-də baş verib. Yevlax rayon sakini, 1991-ci il təvəllüdlü Xəlil həmin gün, saat 22:45-də yaşadıqları evdə arvadı Fatimə (adlar şərtidir – red.) mübahisə edib. Evin qonaq otağında həyat yoldaşının onunla kobud danışması səbəbindən ailə-məişət zəminində aralarında yaranmış mübahisə zamanı qəsdən təpiklə onun ayaq nahiyəsindən bir neçə dəfə vurub. Faktla bağlı Xəlilin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. Bu işə Sabunçu Rayon Məhkəməsində baxılıb. Məhkəmə araşdırması zamanı ifadə verən cütlük barışdıqlarını elan ediblər. Bununla bağlı məhkəməyə rəsmi qaydada ərizə təqdim ediblər. Bu halları nəzərə alan hakim təqsirləndirilən şəxsin barəsində olan cinayət təqibinə xitam verib. O, cinayət məsuliyyətindən azad edilib. Fariz Məlikli

Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
62
demokrat.az

1Sources