EN

Ayxan Abbasov niyə cəmi bir dəyişiklik etdiyini açıqladı – ARENA.AZ

“Şamaxı”nın baş məşqçisi Ayxan Abbasov Azərbaycan Premyer Liqasının 20-ci turunda “Turan Tovuz”ya qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Şamaxıda baş tutmuş görüşündə qapılara qol vurulmayıb – 0:0.

Ayxan Abbasov matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Mübarizəli, maraqlı oyun oldu. Rəqib bura qələbə üçün gəlmişdi. Ötən tur acı məğlubiyyət yaşadıq. 17-ci turda “Qəbələ”yə məğlub olduqdan sonra komanda yaxşı performans göstərir. “Qarabağ”la ardıcıl iki oyun keçirdik. Heyətdə çox da dəyişiklik edə bilmirik. Futbolçularımdan razı qaldım. Oyuna köklənmələri yüksək səviyyədə idi. Birinci hissədə daha yaxşı oynadıq. Üstünlük bizdə idi. Kərim Rossi ilə Abdulla Rzayev düzgün qərar versəydilər, hesabı aça bilərdik. Komandam rəqibin standart vəziyyətlərində yaxşı oynadı. Bizim üçün hər xal önəmlidir. Qarşıdakı oyunlara hazırlaşacağıq.

Oyuna görə cəmi bir dəyişiklik etdik. Rəqib standart vəziyyətlərdə çox yaxşıdır. Ehtiyatda olan futbolçularımız hamısı bəstəboydur. Rossi nə qədər yorulsa da, onun mövqeyində başqa oyunçu yoxdur. Ehtiyatda olan futbolçuların bu tempdə və rəqibin standart vəziyyətlərində çətinlik çəkəcəyini düşündük. Gələn oyunlarda dəyişikliklər olacaq”.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Chosen
28
8
arena.az

10Sources