EN

Təravətli qoxu üçün nə yemək lazımdır?

Bəzi qidalar bədənimizə xoş qoxu verə bilər.

Publika.az "Mk.ru"ya istinadən xəbər verir ki, bunu diyetoloq Tatyana Popova bildirib.

O, bədən qoxusunu qida ilə necə yaxşılaşdırmağın sirlərini bölüşüb.

"Yemək yediyimiz zaman müxtəlif mikroelementlər və amin turşuları qan dövranına daxil olur, tər, piy və nəfəs vasitəsilə xaric olur. Daha sonra dəri və bağırsaq mikrobiomu qida qalıqlarını qoxulu molekullara çevirir. Bu metabolik vəziyyətlər spesifik qoxular yaradır", - deyə ekspert izah edib.

Onun sözlərinə görə, bütün qidalar bədən qoxusuna eyni dərəcədə təsir etmir. Sarımsaq və soğan, tünd iylərinə baxmayaraq, təkcə nəfəsinizin deyil, həm də dərinizin qoxusunu dəyişdirə bilər. Xoş qoxu üçün pəhrizinizi balanslaşdırmalı, qırmızı ət qəbulunu azaltmalı, balıq yeməli, daha çox tərəvəz əlavə etməli və kifayət qədər su içməlisiniz.

Chosen
116
publika.az

1Sources