EN

AzMİU ilə Macarıstanın Pannon Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb (FOTO)

Bakı. Trend:

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU)Macarıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri ViktorSzederkenyi və Pannon Universitetinin rektoru Janos Abonyininrəhbərlik etdiyi nümayəndə heyətinin iştirakı ilə görüşkeçirilib.

Görüş çərçivəsində AzMİU-nun rektoru, memarlıq doktoru,professor Gülçöhrə Məmmədova ilə Pannon Universitetinin rektoruJanos Abonyi arasında əməkdaşlığa dair Memorandum imzalanıb.

Memorandumda birgə elmi tədqiqat layihələrinin icrası, rəqəmsaltexnologiyalar və innovativ tədris metodları üzrə əməkdaşlıq, sutəsərrüfatı və ətraf mühitin idarə olunması sahəsində ortaqtəşəbbüslər, akademik mobillik, professor-müəllim və tələbəmübadiləsi, eləcə də beynəlxalq konfranslar, simpoziumlar vəqısamüddətli təlim proqramlarının təşkili nəzərdə tutulur.

Rektor, professor Gülçöhrə Məmmədova çıxışındaAzərbaycan-Macarıstan münasibətlərinin strateji xarakter daşıdığınıvurğulayaraq, ölkə rəhbərləri arasında mövcud olan dostluq vəqarşılıqlı etimada əsaslanan münasibətlərin elm və təhsil sahəsindədə uğurla davam etdiyini bildirib.

Rektor qeyd edib ki, Azərbaycan Memarlıq və İnşaat Universitetiartıq bir sıra Macarıstan universitetləri ilə əməkdaşlıq edir vəPannon Universiteti ilə imzalanan memorandum bu əlaqələrin daha dadərinləşməsinə xidmət edəcək. O, xüsusilə rəqəmsallaşma,informasiya texnologiyaları, su təsərrüfatı və mühəndiskommunikasiya sistemləri üzrə birgə layihələrin geniş perspektivləraçdığını vurğulayıb.

Macarıstanın Azərbaycandakı səfiri Viktor Szederkenyi özçıxışında Azərbaycan-Macarıstan əlaqələrinin yüksələn xətt üzrəinkişaf etdiyini, bu münasibətlərin universitetlərarası əməkdaşlıqüçün möhkəm zəmin yaratdığını bildirib. O, AzMİU-ya Macarıstanuniversitetləri tərəfindən artan marağı xüsusi qeyd edərək, bu cürəməkdaşlıqların akademik mobilliyə və birgə elmi təşəbbüslərə mühümtöhfə verdiyini vurğulayıb.

Rektor Janos Abonyi AzMİU-da müasir çağırışlara cavab verən,əmək bazarının tələblərinə uyğun ixtisasların tədris olunduğunubildirib. O qeyd edib ki, AzMİU-nun Mexanika və İnformasiyaTexnologiyaları fakültəsi, eləcə də Su təsərrüfatı və mühəndiskommunikasiya sistemləri fakültəsi üzrə ixtisaslar PannonUniversitetində mövcud olan tədris və tədqiqat istiqamətləri ilətam uyğunluq təşkil edir.

Rektor imzalanan memorandumun yaxın perspektivdə ikili diplomproqramları, birgə elmi tədqiqat layihələri, professor-müəllim vətələbə mübadiləsi səviyyəsinə yüksələcəyinə əminliyini ifadəedib.

Görüş nümayəndə heyətlərinin iştirakı ilə davam etdirilib,əməkdaşlığın yol xəritəsinin hazırlanması ilə bağlı təkliflərmüzakirə olunub. Xüsusilə AzMİU-nun mütəxəssislərinin PannonUniversitetinə, eləcə də Macarıstan tərəfinin nümayəndələrininAzMİU-ya qarşılıqlı səfərlərinin təşkili ilə bağlı ilkin razılıqəldə edilib.

AzMİU
AzMİU
AzMİU
AzMİU
AzMİU
AzMİU
Chosen
44
5
az.trend.az

5Sources