AzÉ™rbaycan Memarlıq vÉ™ İnÅŸaat UniversitetindÉ™ (AzMİU) Macarıstanın AzÉ™rbaycandakı fövqÉ™ladÉ™ vÉ™ sÉ™lahiyyÉ™tli sÉ™firi Viktor Szederkenyi vÉ™ Pannon Universitetinin rektoru Janos Abonyinin rÉ™hbÉ™rlik etdiyi nümayÉ™ndÉ™ heyÉ™tinin iÅŸtirakı ilÉ™ görüş keçirilib. Â
XQ xəbər verir ki, görüş çərçivəsində AzMİU-nun rektoru, memarlıq doktoru, professor Gülçöhrə Məmmədova ilə Pannon Universitetinin rektoru Janos Abonyi arasında əməkdaşlığa dair Memorandum imzalanıb.
Memorandumda birgÉ™ elmi tÉ™dqiqat layihÉ™lÉ™rinin icrası, rÉ™qÉ™msal texnologiyalar vÉ™ innovativ tÉ™dris metodları üzrÉ™ É™mÉ™kdaÅŸlıq, su tÉ™sÉ™rrüfatı vÉ™ É™traf mühitin idarÉ™ olunması sahÉ™sindÉ™ ortaq təşəbbüslÉ™r, akademik mobillik, professor-müəllim vÉ™ tÉ™lÉ™bÉ™ mübadilÉ™si, elÉ™cÉ™ dÉ™ beynÉ™lxalq konfranslar, simpoziumlar vÉ™ qısamüddÉ™tli tÉ™lim proqramlarının təşkili nÉ™zÉ™rdÉ™ tutulur.Â
Rektor, professor Gülçöhrə Məmmədova çıxışında Azərbaycan-Macarıstan münasibətlərinin strateji xarakter daşıdığını vurğulayaraq, ölkə rəhbərləri arasında mövcud olan dostluq və qarşılıqlı etimada əsaslanan münasibətlərin elm və təhsil sahəsində də uğurla davam etdiyini bildirib.
Rektor qeyd edib ki, Azərbaycan Memarlıq və İnşaat Universiteti artıq bir sıra Macarıstan universitetləri ilə əməkdaşlıq edir və Pannon Universiteti ilə imzalanan memorandum bu əlaqələrin daha da dərinləşməsinə xidmət edəcək. O, xüsusilə rəqəmsallaşma, informasiya texnologiyaları, su təsərrüfatı və mühəndis kommunikasiya sistemləri üzrə birgə layihələrin geniş perspektivlər açdığını vurğulayıb.
Macarıstanın AzÉ™rbaycandakı sÉ™firi Viktor Szederkenyi öz çıxışında AzÉ™rbaycan-Macarıstan É™laqÉ™lÉ™rinin yüksÉ™lÉ™n xÉ™tt üzrÉ™ inkiÅŸaf etdiyini, bu münasibÉ™tlÉ™rin universitetlÉ™rarası É™mÉ™kdaÅŸlıq üçün möhkÉ™m zÉ™min yaratdığını bildirib. O, AzMİU-ya Macarıstan universitetlÉ™ri tÉ™rÉ™findÉ™n artan marağı xüsusi qeyd edÉ™rÉ™k, bu cür É™mÉ™kdaÅŸlıqların akademik mobilliyÉ™ vÉ™ birgÉ™ elmi təşəbbüslÉ™rÉ™ mühüm töhfÉ™ verdiyini vurÄŸulayıb.Â
Rektor Janos Abonyi AzMİU-da müasir çağırışlara cavab verən, əmək bazarının tələblərinə uyğun ixtisasların tədris olunduğunu bildirib. O qeyd edib ki, AzMİU-nun Mexanika və İnformasiya Texnologiyaları fakültəsi, eləcə də Su təsərrüfatı və mühəndis kommunikasiya sistemləri fakültəsi üzrə ixtisaslar Pannon Universitetində mövcud olan tədris və tədqiqat istiqamətləri ilə tam uyğunluq təşkil edir.
Rektor imzalanan memorandumun yaxın perspektivdə ikili diplom proqramları, birgə elmi tədqiqat layihələri, professor-müəllim və tələbə mübadiləsi səviyyəsinə yüksələcəyinə əminliyini ifadə edib.
Görüş nümayəndə heyətlərinin iştirakı ilə davam etdirilib, əməkdaşlığın yol xəritəsinin hazırlanması ilə bağlı təkliflər müzakirə olunub. Xüsusilə AzMİU-nun mütəxəssislərinin Pannon Universitetinə, eləcə də Macarıstan tərəfinin nümayəndələrinin AzMİU-ya qarşılıqlı səfərlərinin təşkili ilə bağlı ilkin razılıq əldə edilib.