EN

Uşaqların həyata hazırlanma prosesi düzgün getməyəndə kriminala meyllənirlər Deputat

ain.az, Gununsesi portalına istinadən məlumat verir.

Son zamanlar azyaşlıların kriminal meyllənməsi yenidən aktuallaşıb.

Məktəblərdə baş verən kriminal hadisələr ölkə gündəmini lərzəyə gətirib.

Məsələlərin belə olması ilə bağlı da müzakirələr davam edir.

Bu barədə Milli Məclisin deputatı Fazil Mustafa Gununsesi.info-ya danışıb.

O bildirib ki, uşaqların həyata hazırlanması prosesi var, o proses düzgün getməyəndə ya məktəb təhsili davam etdirməlidirlər, ya da valideyn himayəsində qalmalıdırlar:

“Himayədə qalmayanda isə kriminala meyllənirlər. Bu, hər yerdə belədir. Hansı yerdəki məktəbəqədər təhsil doğru qurulursa, bu, artıq uşağın yetişməsi üçün əhəmiyyət daşıyır. Ancaq biz baxçada yer çatışmazlığı da olur. Orta məktəbdə uşağın yetişməsi üçün infrastruktur yoxdur. Bədən tərbiyəsi zallar yox kimidir, laborotiyalar yoxdur, məktəbə uşaqların daşınma prosesinə qədər təşkil olunmayıb. Bu və başqa halları toplayanda isə uşaqların kriminala aludə olmağının səbəbləri aydın olur”, – deyə o qeyd edib.

Orxan

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
41
icma.az

1Sources