EN

Xaricdə təhsil üzrə Dövlət Proqramına əlavə edilən yeni universitetlər məlum oldu

Bakı, 16 fevral, AZƏRTAC

Hər il “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı” çərçivəsində universitet və proqram siyahısı yenilənir, yeni istiqamətlər əlavə olunur. Bu il siyahıya yeni ölkə kimi Niderland Krallığının universitetləri də daxil edilib.

Bunu AZƏRTAC-a müsahibəsində Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbəri Turan Topalova deyib. O bildirib ki, aqrar sahə üzrə Avropanın nüfuzlu universitetləri, eləcə də Çin Xalq Respublikasının aparıcı ali təhsil müəssisələri siyahıya əlavə olunub. Texniki və texnoloji ixtisaslar istiqamətində isə Amerika Birləşmiş Ştatlarının nüfuzlu ali təhsil müəssisələri proqramda yer alıb.

Turan Topalova qeyd edib ki, hər il yenilənən siyahı formalaşdırılarkən həm əvvəlki illərin təcrübəsi nəzərə alınır, həm də dünya bazarında öndə olan və dəyərləndirilən təhsil proqramları Dövlət Proqramına daxil edilir.

Chosen
114
2
azertag.az

3Sources