EN

İranın gözlədiyi layihənin icrası dayandırıldı KİV

ain.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ukraynalı dizaynerlər ABŞ-ın təzyiqə görə İran üçün üzərində işlədikləri Sovet T-72 tankının modernləşdirilməsini dayandırıblar. 

Globalinfo.az xəbər verir ki, bu iddia ilə “Military Informant” teleqram kanalı çıxış edib. 

Məlumata görə, 1990-cı illərdə İran zirehli qüvvələrini modernləşdirmək üçün yollar axtarıb.  Tehran Rusiyadan T-72M1 tankları alıb və yeni “Zülfikar” tankı üzərində işləməyə başlayıb. İslam Respublikası həmçinin Kiyev tərəfindən modifikasiya edilmiş T-72-lər almağı planlaşdırıb.

Kanal yazır ki, Xarkov dizayn bürosunun mühəndisləri T-72-ni Sovet T-80UD tankından yeni mühərrik bölməsi və qüllə ilə təchiz ediblər. Lakin “Xorrəmşəhr” adlanan bu layihə ABŞ-ın təzyiqi altında ləğv edilib. 

Əliyar Xəlil

Globalinfo.az 

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
89
globalinfo.az

1Sources