"Barselona"nın cinah hücumçusu Rafinya zədədən sağalıb.
Publika.az xəbər verir ki, bu barədə Kataloniya klubunun mətbuat xidməti məlumat yayıb.
Braziliyalı vinger İspaniya La Liqasının 24-cü turunda "Jirona"ya qarşı keçiriləcək oyunda iştirak edə biləcək. Qarşılaşma bu gün - fevralın 16-da Bakı ilə saat 00:00-da baş tutacaq.
İspaniya mediası baş məşqçi Hans-Diter Flikin Rafinyanı qorumaq məqsədilə onu “Jirona” ilə matçda start heyətində meydana buraxmamağı planlaşdırdığını bildirib.