ain.az, Demokrat.az saytına istinadən bildirir.
Qazlı içkilərin zərəri saymaqla bitməz. Təəssüf ki, bu gün bir çox ailələrdə həm uşaqlar, həm də böyüklər bu içkilərdən mütəmadi istifadə edirlər. Çox vaxt qazlı içkilər adi sudan daha çox sevilir və daha çox istehlak olunur. Hətta elə insanlar var ki, süfrəyə qazlı içki olmadan oturmurlar. Bu içkilərin insan orqanizmi üçün zərərli olduğu hər kəsə məlumdur. Buna baxmayaraq, insanlar onları almağa və içməyə davam edirlər.Bu günlərdə tanınmış keçmiş müstəntiq və yazıçı Müşfiq Abbasov da qazlı içkilərlə bağlı narazılığını, hətta başına gələn bir hadisəni sosial şəbəkə hesabında paylaşmışdı. Məsələnin təfərrüatlarını öyrənmək üçün onunla əlaqə saxladıq.Keçmiş müstəntiq, yazıçı Müşfiq Abbasov Demokrat.az-a açıqlamasında bildirib ki, 2015-ci ildə Bakı şəhər prokurorluğunda işləyəndə Xırdalanda qəribə bir hadisə olmuşdu:“Belə ki, həmin ərazidə yerləşən “Cola” şirkətlərindən birinin zavodunda çənlərdən biri partlamışdı. Bu çəndə içkinin tərkibinə vurulan qaz yerləşirdi. Tənzimləmə mexanizmi işə düşmədiyinə görə çəndə təzyiq çoxalmış və necə partlamışdısa çən 2 km-dən çox havada uçaraq Bakı-Sumqayıt yolunun üstündən keçib yaşayış evlərindən birinə çırpılmışdı. Gördüyüm mənzərə məni dəhşətə gətirdi. Orada hər yer çirkab içində idi. Suyun rəngi palçıqdan heç fərqlənmirdi. Zavodun divarları dibində qaçan siçanlar “cola” qablarının üstündən keçib gedir. Həmin günədək bəzən mən də “cola” içirdim. Amma həmin gün gördüyüm mənzərə “cola”ya birdəfəlik son qoymağıma gətirib çıxardı. İndi bəzən oğlum məndən gizli “cola” sifariş verir. Bildiyimə görə, həmin zavod hazırda fəaliyyət göstərmir və müəyyən səbəblərə görə işini dayandırıb”. Həmçinin oxu:
'Siz kimsiniz ki, hələ bir sizə də ərə gəlim'
Vüsaləyə ikinci dəfə böyrək köçürüldü
'Əyri ayaq, çəpgöz kişiləri xoşlayıram'O deyib ki, buna baxmayaraq, qazlı içki istehlak edənlərin sayı hələ də az deyil:“Qazlı içkilər xüsusilə uşaqların sağlamlığı üçün ciddi risk yaradır. Bu cür məhsulların həddindən artıq qəbulu həm gənclərə, həm də ümumilikdə insan sağlamlığına zərər verir. Mütəxəssislər dəfələrlə xəbərdarlıq ediblər ki, bu içkilərin tərkibindəki şəkər və digər qatqılar orqanizmə mənfi təsir göstərir. Sağlam həyat tərzi üçün qazlı içkilərdən mümkün qədər uzaq durmaq və onların əvəzinə daha faydalı alternativlərə üstünlük vermək tövsiyə olunur”.Leyla Turan
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.