EN

Hüquqşünas ixtisası üzrə bakalavr pilləsində tədris olunan “İnsan hüquqları” fənni üzrə nümunəvi sillabus

Hüquq və İnsan Haqları İnstitutu tərəfindən hüquqşünas ixtisası üzrə bakalavr pilləsində tədris olunan “İnsan hüquqları” fənni üzrə nümunəvi sillabus hazırlanıb.

QHT.az xəbər verir ki, İnstitutdan verilən məlumata görə, sənəd ali təhsil müəssisələrində insan hüquqları üzrə tədrisin daha sistemli və vahid standartlar əsasında təşkili məqsədi daşıyır. Nümunəvi sillabus fənnin məqsəd və vəzifələrini, öyrənmə nəticələrini, mövzu planını, qiymətləndirmə meyarlarını və əsas ədəbiyyat siyahısını əhatə edir.

Ətraflı məlumat və sillabusla tanış olmaq üçün İnstitutun rəsmi internet səhifəsinə daxil olmaq mümkündür.

Chosen
55
qht.az

1Sources