EN

Azərbaycan ilə ABŞ arasında strateji əlaqələr gücləndirilir - Yeni dövrün başlanğıcı

Fevralın 10-da Bakıda “Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq Xartiyası” imzalanıb. Sənədi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Amerika Birləşmiş Ştatlarının Vitse-prezidenti Ceyms Devid Vens imzalayıblar. Tarixi anın hər iki dövlət üçün əvəzsiz müsbət tərəfləri olduğu məlumdur.

 

Bu haqda Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Sədrəddin Soltan Manset.az-a açıqlamasında danışıb. O bildirib ki, Azərbaycan Respublikası və ABŞ arasında strateji tərəfdaşlığa dair xartiya hər iki tərəfin həm regional, həm də qlobal baxımdan maraqlarına uyğundur:


“Bu sənətdə tərəflərin bir-birinin ərazi bütövlüyünü, bir-birini tanıması məsələsi, əməkdaşlığı, iqtisadi-ticarət əlaqələrinin inkişafı, süni intellektin tətbiqi məsələləri və bu istiqamətdə texnologiyalardan istifadəni Azərbaycanda birgə təhlükəsizlik məsələləri, habelə kibertəhlükəsizlik məsələləri vurğulanır. Azərbaycan ABŞ-nin timsalında həm də özü üçün güclü strateji tərəfdaşa nail olur və bu istiqamətdə əməkdaşlıq həyata keçirir. Sənəddə tərəflər arasında energetika sahəsində əməkdaşlıq, hava, dəniz, quru nəqliyyatı infrastrukturunun inkişaf etməsi, habelə Orta Dəhliz, Zəngəzur dəhlizi ilə bağlı məsələlərə dair maddələrin bir daha xartiyada təsdiqlənməsi ABŞ-Azərbaycan münasibətlərinin perspektiv inkişafına da təkan verən amillərdəndir".

Siyasi şərhçi hesab edir ki, perspektivdə ABŞ Azərbaycana qarşı "Azadlığı müdafiə aktı"nda tətbiq edilən 907 saylı düzəlişi də bu prosesdən sonra birdəfəlik ləğv edə bilər. Bu sənəd bütün istiqamətlərdə qüvvədən düşüb. Qüvvədən düşdüyünə görə də münasibətlərə kölgə salan amillərdən biridir:

“Tərəfdaşlığın hər iki tərəf üçün müsbət tərəfləri olduqca çoxdur. ABŞ Cənubi Qafqaz regionunda Azərbaycan kimi etibarlı bir tərəfdaşla əməkdaşlığını genişləndirir. Azərbaycan da dünyanın başlıca aparıcı gücü sayılan ABŞ ilə əlaqələrini inkişaf etdirir, bərabərhüquqlu tərəfdaş kimi əməkdaşlığı inkişaf etdirməyi planlaşdırır. Bu həm regional - Cənubi Qafqazda sülhün, təhlükəsizlik və əməkdaşlıq üçün bir təminat,  həm də Mərkəzi Asiya, Cənubi Qafqaz, Türkiyə və Avropa istiqamətində marşrutun gələcəkdə güclənməsi, inkişaf etməsi üçün bir aparıcı rol oynayır”.

 

Fidan Vəlisoy

6.3.6. Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və

digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi;

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb 


Chosen
12
manset.az

1Sources