EN

Cenevrə DANIŞIQLARI – Rusiya ərazi məsələlərini MÜZAKİRƏYƏ ÇIXARIR

Rusiya danışıqların növbəti mərhələsində ərazi məsələlərini müzakirə etmək niyyətindədir.

İnterpress.az xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov məlumat yayıb.

Rusiya tərəfi fevralın 17-18-də Cenevrədə keçiriləcək sülh danışıqlarında ərazi məsələlərinin də müzakirə olunacağını elan edib.

Dmitri Peskovun sözlərinə görə, bu, danışıqlar prosesinin əsas mövzularından biridir.

Ukrayna və ABŞ ilə aparılacaq danışıqlarda Rusiya nümayəndə heyətinin tərkibində Vladimir Putinin köməkçisi Vladimir Medinski, xarici işlər nazirinin müavini Mixail Qaluzin, Baş Qərargahın Baş İdarəsinin rəisi İqor Kostyukov və xüsusi nümayəndə Kirill Dmitriyev iştirak edəcəklər.

Xuraman Etibarlı

İnterpress.az

Chosen
6
interpress.az

1Sources