EN

Əməliyyat oldu, 3 gün sonra öldü Kim məsuliyyət daşıyır?

Demokrat.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

MediHall Hospital klinikasında əməliyyat etdirən Nigar İsmayılovanın 3 gün sonra vəfat etməsi ilə bağlı fakt cəmiyyətdə narahatlıq yaradıb. Binəqədi rayon prokurorluğunda araşdırma aparılır və hadisənin səbəbləri tam obyektiv müəyyənləşdirilir.Bəs bu kimi hallarda məsələ hüquqi baxımdan necə tənzimlənir?Hüquqşünas Əkrəm Həsənov Demokrat.az-a açıqlamasında bildirib ki, hər bir tibbi əməliyyatın və tibbi müdaxilənin beynəlxalq səviyyədə qəbul olunmuş protokolları mövcuddur. "Hər bir xəstəlik necə müalicə edilməli, əməliyyat necə aparılmalı, bunun qaydaları müəyyən edilib. Əgər əməliyyat zamanı bədbəxt hadisə baş verərsə, protokollar həkimin məsuliyyətini müəyyən etməyə imkan verir. Çünki insan orqanizmidir və hər əməliyyatın gözlənilməyən nəticəsi ola bilər. Əsas odur ki, həkim bütün prosedurları düzgün həyata keçirsin və protokolların tələblərinə əməl etsin. Bu işlərdə həkim mütəxəssisdirsə də, əlavə ekspertiza tələb olunduqda müvafiq mütəxəssis dəvət edilir" - o, bildirib.Həmçinin oxu:

'Sən arvad almamışdan öncə kiminsə arvadı idin'

'Daha uşağa baxmağa səbrim çatmır, yetimxanaya verəcəyəm'

'Bu il sizi soyacaqlar'Hüquqşünas bildirib ki, poblemin əsas hissəsi budur: "Həkimin gördüyü işlər protokollara uyğun təsdiqlənir, yoxsa yox. Hər klinikanın bu barədə öz daxili qaydaları mövcuddur. Amma prinsiplər aydındır: həkimin hər hansı addımı protokollarla müqayisə edilərək qiymətləndirilir".Qeyd edək ki, tibbi prosedurların təhlükəsizliyi və həkim məsuliyyəti protokollara riayət etməklə birbaşa bağlıdır.Əfsanə Kamal

Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
41
demokrat.az

1Sources