EN

AFFA rəsmisi “Qalatasaray” – “Yuventus” oyununda

style='margin-bottom:10px;'>

AFFA-nın baş katibinin müavini Elçin Məmmədov UEFA tərəfindən növbəti təyinat alıb.

QOL.az xəbər verir ki, bu haqda AFFA-nın mətbuatxidməti məlumat yayıb.

E.Məmmədov UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunları çərçivəsində “Qalatasaray” (Türkiyə) – “Yuventus” (İtaliya) oyununun UEFA Matç direktoru (UEFA Venue Director) olacaq.

Qarşılaşma fevralın 17-də İstanbulda yerləşən “Ali Sami Yen” stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 21:45-də başlayacaq.

Görüşü Niderlanddan olan hakimlər briqadası idarə edəcək. Baş hakim Denni Makkeli olacaq.

Chosen
47
22
teleqraf.com

10Sources