EN

Yanvarda Azərbaycanın təbii qaz ixracından gəlirləri açıqlanıb

Bakı. Trend:

Bu ilin yanvar ayında Azərbaycan 687,5 milyon ABŞ dollarıdəyərində 2,292 milyard kubmetr təbii qaz (qaz halında) ixracedib.

Trend bubarədə Dövlət Gömrük Komitəsinə istinadən məlumat verir.

Məlumata görə, bu, keçən ilin eyni dövrü ilə müqayisədə dəyərbaxımından 182,6 milyon ABŞ dolları və ya 21%, həcm baxımından isə46,9 milyon kubmetr və ya 2% azdır.

Qeyd edək ki, bu ilin yanvar ayında Azərbaycan xarici ölkələrlə3,538 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu,ötən ilin eyni dövrünə nisbətən 1,5 milyard dollar və ya 30,5%azdır.

Xarici ticarət dövriyyəsinin 2,236 milyard ABŞ dolları ixracın,1,302 milyard ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildəixrac 802 milyon dollar və ya 26,4%, idxal isə 750 milyon dollar vəya 36,5% azalıb.

Yekunda xarici ticarətdə 933,6 milyon dollarlıq müsbət saldoyaranıb ki, bu da illik müqayisədə 52,4 milyon dollar və ya 5,3%azdır.

Məqalədə:
Chosen
67
1
az.trend.az

2Sources