Fanat portalından verilən məlumata əsasən, ain.az bildirir.
1-ci Liqanın 15-ci turunda "Mingəçevir"i qəbul edəcək "Şəfa"nın oyuna neçə itki ilə çıxacağı bəlli olub.
Bu barədə Fanat.Az-a çempionatının liderinin baş məşqçisi Elgiz Kərəmli məlumat verib:
"Pərviz Azadov zədədən qayıdıb. Hələ tam forma yığması müəyyən vaxt aparacaq. Urfan Abbasovun isə "Mingəçevir"lə oyunda komandaya kömək etməyəcəyi dəqiqdir. O, hələ aldığı ağır zədəni sağaltmayıb".
Qeyd edək ki, "Şəfa" - "Mingəçevir" görüşü fevralın 19-da baş tutacaq. Matçın start fiti 14:30-da səsləndiriləcək. Hazırda 32 xalı olan paytaxt təmsilçisi tunir cədvəlinin 1-ci, 25 xala malik "işıqçılar" isə 4-cü pilləsində mövqe tutub.
Nihat
Abunə Ol
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.