Bu gün Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanovun vəzifəsindən azad edilməsindən sonra onun səlahiyyətlərinə hansı şəkildə xitam verilməsi məsələsi gündəmə gəlib. Metbuat.az Qafqazinfo-ya istinadən xəbər verir ki, TƏBİB rəhbəri qurumun Müşahidə Şurası üzvlərinin qərarı ilə vəzifəsindən azad olunur. TƏBİB-in Müşahidə Şurasının sədri isə Zaur Əliyevdir. Bu gün də Müşahidə Şurasının növbəti iclası keçirilərək müvafiq qərar verilib. Müşahidə Şurasının üzvləri aşağıdakılardır:• İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri;• Azərbaycan Respublikası səhiyyə nazirinin müavini;• İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müavini;• Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini;• Səhiyyə İşçiləri Həmkarlar İttifaqının sədri.