EN

Türkiyənin polad ixracında Qazaxıstan istiqamətində ciddi azalma (ÖZƏL)

BAKI, TurkicWorld, Nailə Babazadə

2026-ci ilin yanvar ayında Türkiyədən Qazaxıstana polad ixracı 2025-ci ilin eyni dövrü ilə müqayisədə 77,2 faiz azalaraq, 901 min 1 dollara bərabər olub.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

Qeyd edək ki, 2026-ci ilin yanvar ayında Türkiyənin polad ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 12,9 faiz azalaraq, 1 milyard 84 milyon 607 min dollara bərabər olub.

Nazirlikdən onu da bildiriblər ki, son 12 ay ərzində (yanvar 2026 - yanvar 2025) Türkiyə 16 milyard 381 milyon 111 min dollar məbləğində polad ixrac edib.

Qeyd edək ki, 2025-ci ilin yanvar-dekabr aylarında Türkiyənin polad ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 2,5 faiz artaraq, 16 milyard 541 milyon 573 min dollara bərabər olub.

Chosen
40
23
turkic.world

10Sources