EN

Cari ilin ilk ayında xarici ticarətdə 1 mlrd. dollara yaxın müsbət saldo qeydə alınıb

2026-cı ilin yanvar ayında Azərbaycanın xarici ticarət dövriyyəsi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 30.5% azalaraq 3 milyard 538 milyon ABŞ dolları təşkil edib.

"APA-Economics" bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Son bir ildə ölkə üzrə ixrac 26.4% azalaraq 2 milyard 235.85 milyon ABŞ dolları, idxal isə 36.6% azalaraq 1 milyard 302.2 milyon ABŞ dolları təşkil edib.

Bu ilin yanvar ayında xarici ticarət dövriyyəsində 933.6 milyon dollarlıq müsbət saldo yaranıb ki, bu da ötən ilin eyni dövrünə nisbətən 5.3% azdır.

Chosen
31
2
apa.az

3Sources