EN

Azərbaycan millisinin yenilgisini qeydə alan Eskos ÇL də qırmızı verməyib

Fanat saytına istinadən ain.az xəbər verir.

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunları çərçivəsində Bakıda keçiriləcək "Qarabağ" - "Nyukasl" oyununun baş hakimi Espen Eskos azərbaycanlı futbolsevərlər üçün tanış simadır. 

Fanat.Az-ın məlumatına görə, o, 2021-ci ildə Azərbaycan millisinin Bakı Olimpiya Stadionunda İrlandiyaya qarşı matçında ədaləti qoruyub.

DÇ-2022-nin seçmə mərhələsində reallaşan həmin görüş seçməmizin 0:3 hesablı yenilgisi ilə başa çatıb.

37 yaşlı FİFA referisi 2019-cu ildən beynəlxalq matçlara təyinat alır. O, cari mövsüm UEFA Çempionlar Liqasının əsas mərhələsində 4 oyunda iş başında olub. 11 sarı vərəqə göstərən norveçli heç bir futbolçunu "qırmızı" ilə cəzalandırmayıb.

"Qarabağ" - "Nyukasl" görüşü fevralın 18-də, saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək. Cavab qarşılaşması isə fevralın 24-dən 25-nə keçən gecə, saat 00:00-da İngiltərədə baş tutacaq.

Nihat

Abunə Ol

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
25
1
fanat.az

2Sources