UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunları çərçivəsində Bakıda baş tutacaq "Qarabağ" - "Nyukasl" oyununu norveçli hakimlər idarə edəcək.
Fanat.Az xəbər verir ki, matçın baş hakimi Espen Eskos olacaq.
Ona laynsmanlar qismində həmyerliləri - Yan Erik Enqan və İsak Elias Başevkin kömək edəcəklər. Dördüncü hakim funksiyasını Siqurd Krinqstad yerinə yetirəcək.
VAR-da niderlandlı Rob Diperink, AVAR-da Dennis Hiqler əyləşəcəklər. Hakim-inspektor italiyalı Matteo Simone Trefoloni, UEFA nümayəndəsi litvalı İqnas Marçinkeviçyus olacaq.
Qeyd edək ki, görüş fevralın 18-də, saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək. Cavab qarşılaşması isə fevralın 24-dən 25-nə keçən gecə, saat 00:00-da İngiltərədə baş tutacaq.