EN

Kreml Cenevrədə keçiriləcək Ukrayna danışıqlarında Rusiya nümayəndə heyətinin tərkibini açıqlayıb

"Rusiya Prezidenti Vladimir Putin Cenevrədə keçiriləcək Ukrayna danışıqlarında iştirak edəcək nümayəndə heyəti ilə daim əlaqə saxlayır".

Missiya.Az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov məlumat verib.

Onun sözlərinə görə, Görüşdə Rusiya Prezidentinin köməkçisi Vladimir Medinski, Rusiya Birbaşa İnvestisiya Fondunun (RDIF) rəhbəri Kirill Dmitriyev və digər rəsmi şəxslər iştirak edəcəklər.

Qeyd edək ki, Rusiya və Ukrayna arasında danışıqların yeni mərhələsi fevralın 17-dən 18-dək Cenevrədə keçiriləcək. Enerji sahəsində atəşkəs əsas müzakirə mövzusu olacaq. Medinski Rusiya nümayəndə heyətinə rəhbərlik edəcək.

Daşqın HəsənovMissiya.Az

Chosen
28
missiya.az

1Sources