EN

Avropa Bakıya doğru: Yeni geosiyasi reallıq

Prezident İlham Əliyevin Munxen Təhlükəsizlik Konfransı çərçivəsində keçridiyi görüşülər, apardığı müzzakirələrdən sonra  ardından Serbiyaya səfəri təsadüfi diplomatik təqvim deyil. Bu ardıcıllıq artıq Bakının Avropa məkanında yeni statusunun, regional oyunçudan strateji mərkəzə çevrilməsinin açıq göstəricisidir.

Münhen mesajı: Azərbaycan artıq masanın kənarında deyil
Münxen Təhlükəsizlik Konfransı Avropanın gələcək təhlükəsizlik arxitekturasının müzakirə olunduğu əsas platformalardan biridir. Bu tribunada Azərbaycan Prezidentinin iştirakı, panel müzakirələrində Avropa siyasi fiqurları ilə bir səviyyədə çıxış etməsi Bakının statusunun dəyişdiyini göstərir. Səfər xüsusilə Avropa İttifaqının nümayəndələri ilə Kaja Kallasla görüş, Marta Kos ilə panel müzakirəsi, nüfuzlu şirkət rəhbərləri ilə görüşlər, Fransız mediasına verilən mesajlarla diqqət çəkdi.

Bu görüşlər Avropanın Azərbaycanı artıq yalnız enerji və tranzit ölkəsi kimi deyil, təhlükəsizlik tərəfdaşı və siyasi aktor kimi qəbul etdiyini göstərir.

Bakı – Avropanın yeni “bağlantı mərkəzi”
Avropa üçün Azərbaycan artıq təkcə, enerji təchizatçısı, nəqliyyat tranzit-yükdaşıma  dəhlizinə malik ölkə kimi deyil. Şərqlə Qərb arasında daha geniş anlamda olan bağlantı qovşağı və mərkəzidir.

Azərbaycan Şərq–Qərb və Şimal–Cənub xəttlərinin kəsişmə nöqtəsi kimi qəbul edilir. Bu, daha geniş anlayışdır: logistika, enerji, təhlükəsizlik, investisiya və siyasi dialoq platforması.
Bu dəyişimin arxasında duran əsas faktor Prezident Əliyevin çoxvektorlu diplomatiyasıdır. Bakı Cənubi Qafqazda sabitlik mərkəzi, Avrasiya miqyasında əməkdaşlıq platforması, Avropanın enerji təhlükəsizliyinin təminatçısı kimi mövqelərini gücləndirir.

Belqrad mesajı: “Əsas ixrac istiqamətimiz Avropadır”
Münxendən sonra Belqrada səfər bu xəttin davamıdır. Prezident Aleksandar Vuçiçin sözləri Bakı–Belqrad münasibətlərinin yeni mərhələyə keçdiyini açıq göstərdi: Strateji Tərəfdaşlıq Şurasının ilk iclası keçirildi.

Vuçiçin çıxışında üç əsas mesaj verdi. Birincisi, Azərbaycan Serbiyanın strateji tərəfdaşıdır, ikincisi, enerji əməkdaşlığı prioritetdir, üçüncüsü, Bakıdan “çox şey öyrənilir”.
Vuçiçin “İlham Əliyevdən çox şey öyrənirəm” deməsi diplomatik jestdən daha artıqdır. Bu, Azərbaycanın regiondan kənarda siyasi nüfuz ixrac edən ölkəyə çevrildiyini göstərir.
Enerji diplomatiyası: qazdan elektrik enerjisinə keçid
Serbiyada qazla işləyən elektrik stansiyası layihəsi sırf iqtisadi layihə deyil. Bu, üçsəviyyəli geosiyasi layihədir: Birincisi, enerji təhlükəsizliyi baxımdan.

Azərbaycan artıq Serbiyaya qaz ixrac edir və həcmlər artırılacaq.
İkincisi, sərmayə diplomatiyası baxımdan  Azərbaycan Avropada investor ölkəyə çevrilir.
Üçüncüsü. enerji zəncirinin genişlənməsi baxımdan. Qaz, elektrik enerjisi və Avropa bazarı. Bu, Azərbaycanın Avropanın enerji sisteminə daha dərin inteqrasiyası deməkdir.

Azərbaycanın yeni rolu: orta güc və yumşaq güc
Avropa artıq Azərbaycanı enerji resurslarına, tranzit və daha geniş bağlantı imkanlarına, sabit siyasi xəttinə,  investisiya potensialına və regional vasitəçilik imkanlarına malik ölkə olduğunu nəzərə alaraq orta güc (middle power). yumşaq güc aktoru kimi qəbul edir.

2032 hədəfi: Avropaya ixrac ediləcək enerji dalğası
Prezident Əliyevin açıqladığı planlar bu strategiyanın uzunmüddətli olduğunu göstərir: Enerji ixrac potensialı: 2 GW, 2032 hədəfi: əlavə 8 GW, əsas ixrac istiqaməti isə Avropadır. Bu, Azərbaycanın Avropanın enerji xəritəsində sabit və uzunmüddətli tərəfdaş kimi mövqeyini möhkəmləndirir.

Bakı Avropanın geosiyasi xəritəsində mərkəzə çevrilir
Münxen və Belqrad xətti bir reallığı təsdiqlədi ki, Azərbaycan artıq yalnız region ölkəsi deyil. Bakı Avropa ilə Avrasiyanı birləşdirən strateji qovşağa çevrilir. Bu isə Azərbaycanın qlobal və regional mövqelərini gücləndirən yeni mərhələnin başlanğıcıdır.

Mürtəza

Chosen
51
1
olke.az

2Sources