EN

Rusiyaya köçmək istəyənlər kəskin azalıb Onların arasında Azərbaycandan gedənlər də var

ain.az bildirir, Azpolitika.az portalına istinadən.

Rusiya yaxın qonşu və uzaq ölkələrin vətəndaşları üçün cəlbediciliyini sürətlə itirməkdə davam edir.

“AzPolitika” xəbər verir ki, “Vedomosti” nəşrinin Rusiya Daxili İşlər Nazirliyinə istinadla yaydığı məlumata görə, 2025-ci ildə “Rusiya soydaşların köçürülməsi üzrə dövlət proqramı” çərçivəsində ölkəyə təxminən 26.700 nəfər köçüb. Bu, əvvəlki illə müqayisədə təxminən 16% azalma deməkdir. Bundan əlavə, 2025-ci ildəki göstərici 2010-cu ildən bəri ən pis göstərici olub. Həmin il Rusiyaya cəmi 13.000 nəfər köçmüşdü. Bundan əlavə, keçən il Rusiyaya köçən insanların(əsasən rusların-red.) sayı müharibədən əvvəlki 2021-ci illə (78.500) müqayisədə üç dəfə az olub.

Rəsmi statistika Ukraynada müharibənin başlamasından bəri hər il köçürülən insanların sayında azalma qeydə alıb: 2022-ci ildə 64.800, 2023-cü ildə 45.100 və 2024-cü ildə 31.700. Ötən il dövlət proqramı çərçivəsində Rusiyaya ən çox köçürülənlər Qazaxıstan (ümumi köçənlərin təxminən 35%-i), Qırğızıstan (11%), Türkmənistan (9.6%), Özbəkistan (9.5%), Tacikistan (9.2%) və Ermənistan (8.3%) vətəndaşları olub. Qalan 17.4% və ya 4645 nəfər Azərbaycan, Almaniya, Latviya, Litva, Estoniya, İsrail, Gürcüstan, Belarus və Ukraynadan köçürülüb.

Soydaşların köçürülməsi üzrə dövlət proqramı 2007-ci ildə başlayıb. Proqram Rusiyanın regionlarında sosial-iqtisadi inkişafa və demoqrafik problemlərin həllinə yönəlib. Proqramın iştirakçıları arasında sonradan başqa dövlətin vətəndaşı olmuş immiqrantlar, mühacirlər və ya vətəndaşlığı olmayan keçmiş SSRİ və RSFSR vətəndaşları var. Onların ailə üzvləri də onlarla birlikdə Rusiyaya köçə bilərlər.

Proqramın icrası müddətində 1,2 milyondan çox insan Rusiyaya köçüb. Onların sürətləndirilmiş proses vasitəsilə - 9-12 ay ərzində Rusiya vətəndaşlığını almaq hüququ var. Digər şəxslər vətəndaşlıq üçün müraciət etməzdən əvvəl ölkədə ən azı beş il yaşamalıdırlar.

Dövlət Dumasının MDB İşləri, Avrasiya İnteqrasiyası və Həmvətənlərlə Əlaqələr Komitəsinin sədr müavini Konstantin Zatulin etiraf edib ki, son illərdə Ukraynadakı müharibə digər ölkələrin vətəndaşlarının Rusiyaya köçmək istəyinə birbaşa təsir göstərib.

“AzPolitika.info”

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
35
azpolitika.info

1Sources