EN

Ülviyyə ilə Muradın ayrıldıqdan sonra çəkildiyi film təqdim olundu - Video

Paytaxtda yeni komediya filmi olan “Kürəkən vs qaynata”nın möhtəşəm qala gecəsi keçirilib.
 
Moderator.az Musavat.com-a istinadla xəbər verir ki, kino ictimaiyyətinin, tanınmış simaların və media nümayəndələrinin qatıldığı gecə xüsusilə iki aktyorun – Ülviyyə Xalinbekova və Murad İsmayıl – eyni layihədə yenidən bir araya gəlməsi ilə diqqət çəkib.
 
Ayrılıqdan sonra ilk dəfə eyni filmdə rol alan keçmiş cütlüyün qala gecəsində iştirakı sosial şəbəkələrdə də geniş müzakirələrə səbəb olub. Tədbir boyu hər iki aktyor media suallarını cavablandırıb, layihə barədə fikirlərini bölüşüblər. Onlar ekran işinin sırf peşəkar əməkdaşlıq çərçivəsində ərsəyə gəldiyini və əsas məqsədin tamaşaçıları güldürmək olduğunu vurğulayıblar.

Qırmızı xalça üzərində filmin yaradıcı heyəti və digər aktyorlar da fotokameralar qarşısına keçərək gecəyə rəng qatıblar. Baş rollarını Tərlan Nur Yaşar, Şamil Süleymanov, Murad İsmayıl və Ülviyyə Xalinbekovanın canlandırdığı filmin rejissoru Valeh Əhmədovdur.

Üç qız atası olan Sakit qızlarının artıq böyüyüb ailə qurmaq yaşına çatdığını qəbul edə bilmir. Onun üçün qızları hələ də balaca uşaqlardır. Sakit böyük qızı Lalənin və ortancıl qızı Jalənin sevdiyi olduğunu biləndə özünə yer tap bilmir.
 
Sakit kürəkən namizədlərini qəbul etmək əvəzinə, onları bir-birindən çətin və gülməli sınaqlardan keçirməyə başlayır.
 
Ata olmaqla qayınata olmaq arasında qalan Sakit həm qızlarını qorumağa, həm də sevgiyə mane olmamağa çalışır. Bir tərəfdən özü hələ də qayınatası Vidadi tərəfindən sınağa çəkilir. Sevgi, ailə dəyərləri, ata-qız münasibətləri və bol gülüş iç-içə qarışaraq tamaşaçıya həm əyləncəli, həm də kövrək bir ailə hekayəsi təqdim edir.
Chosen
26
1
moderator.az

2Sources