Milli.Az xÉ™bÉ™r verir ki, bu barÉ™dÉ™ Qırğızıstan dövlÉ™t başçısının MÉ™tbuat xidmÉ™ti mÉ™lumat yayıb.Â
Sadır Japarovun imzaladığı Fərmana əsasən, Meder Maşiyev təbii sərvətlər, ekologiya və texniki nəzarət naziri, Boobek Ajikeyev fövqəladə hallar naziri, Absattar Sırqabayev isə nəqliyyat və rabitə naziri vəzifəsindən azad edilib.
Nazirlərin vəzifələrindən azad edilmə səbəbləri açıqlanmayıb.
Xatırladaq ki, fevralın 10-u Qırğızıstan lideri yaxın silahdaşı, Dövlət Milli Təhlükəsizlik Komitəsinin (DTMK) sədri Kamçıbek Taşiyevi və onun üç müavinini istefaya göndərib. Fevralın 12-si isə Qırğızıstanın Ali Şurasının sədri Turgunbek Nurlanbek uulu istefa ərizəsini təqdim edib.