Fevralın 17-də gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Bizim.Media-ya verilən məlumata əsasən Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və axşam bəzi yerlərdə duman olacaq. Mülayim cənub-qərb küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecÉ™ 4-8° isti, gündüz 15-19° isti olacaq. Atmosfer tÉ™zyiqi 758 mm civÉ™ sütunudan 753 mm civÉ™ sütununa enÉ™cÉ™k. Nisbi rütubÉ™t 70-80 % olacaq.
Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Gecə və səhər bəzi dağlıq və dağətəyi rayonlarda duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecÉ™ 5-10° isti, gündüz 19-23° isti, daÄŸlarda gecÉ™ 3-8° isti, gündüz 13-18° isti olacaq.
Bizim.Media