EN

Sumqayıtda iaşə obyekti yandı

Gecə saatlarında Sumqayıt şəhərində yerləşən restoranlardan birində yanğın baş verib.

NOCOMMENT.az xəbər verir ki, hadisə Sahil küçəsi ərazisində qeydə alınıb.

Yanğın barədə məlumat daxil olduqdan sonra əraziyə operativ şəkildə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları və xüsusi texnikaları cəlb olunub.

Görülən tədbirlər nəticəsində alov qısa vaxtda söndürülüb, yaxınlıqdakı obyektlər təhlükədən qorunub.

Hadisənin başvermə səbəbləri araşdırılır.

Aliyə

Chosen
94
nocomment.az

1Sources