EN

30 ailədən ibarət növbəti köç karvanı Xocalıya çatıb

30 ailədən ibarət növbəti köç karvanı Xocalı şəhərinə çatıb.

BAKU.WS report-a istinadən xəbər verir ki, bu mərhələdə Xocalı şəhərinə 30 ailənin (149 nəfər) qayıdışı təmin olunub.

Qeyd edək ki, bu köç daxil olmaqla Xocalı şəhərində artıq 144 ailə (651 nəfər) sakin məskunlaşıb.

Ümumilikdə isə Xocalı rayonu üzrə (bir şəhər və yeddi kənd) 950 ailə (3 min 916 nəfər) doğma yurduna qayıdıb.

*** 11:51

Xocalı şəhəri, Xocavənd rayonun Hadrut və Qırmızı Bazar qəsəbələrinə ümumilikdə 60 ailədən ibarət növbəti köç karvanları yola salınıb.

BAKU.WS report-a istinadən xəbər verir ki, qeyd olunan yaşayış məntəqələrinə köç edənlər ölkənin müxtəlif bölgələrində, əsasən yataqxanalarda, sanatoriyalarda və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Bu mərhələdə Xocalı şəhərinə 30 (149 nəfər), Hadrut qəsəbəsinə 10 (47 nəfər), Qırmızı Bazar qəsəbəsinə isə 20 ailənin (91 nəfər) qayıdışı təmin olunub.

Chosen
57
3
far.az

10Sources