EN

Macarıstan müxalifəti Ukraynanın Aİ-yə sürətləndirilmiş üzvlüyünü dəstəkləmir

Macarıstanmüxalifəti Ukraynanın Avropa İttifaqına sürətləndirilmiş üzvlüyünü dəstəkləmir.

APA xəbər verir ki, bunu Macarıstanda müxalif “Tisza” partiyasının lideri Peter Maqyar deyib.

O bildirib ki, Polşa Baş naziri Donald Tusk və digər Avropa liderləri bu məsələdə həmfikirdirlər.

“Aİ liderlərinin bir çoxunun mövqeyi budur ki, bütün namizəd ölkələr Aİ-yə qəbul edilməzdən əvvəl Kopenhagen kriteriyasına cavab verməlidir”,- Maqyar bildirib.

Qeyd edək ki, 1993-cü ildə qəbul edilən Kopenhagen kriteriyası Aİ-yə üzv olmaq istəyən ölkələrin siyasi, iqtisadi və qanunvericilik baxımından ödəməli olduğu şərtlərin məcmusudur.

Chosen
57
3
apa.az

4Sources