EN

Musa Qurbanlıdan yubiley qolu

Misli Premyer Liqasının 20-ci turu çərçivəsində baş tutan matçda - Qubada "İmişli"yə qarşı keçirdikləri oyunda "Qarabağ"ın qələbə topunu vuran (1:0) Musa Qurbanlı yubiley qoluna imza atıb.

Fanat.Az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, 23 yaşlı hücumçu çempionatda 40-cı dəfə fərqlənib.

Azərbaycan millisinin üzvü buna 97-ci oyununda nail olub. Forvard turnirin tarixində 40 və ya daha çox qol vuran futbolçuların siyahısına daxil olub. Junivan Suares, Ramil Şeydayev, Fernando Peres və Mehman Allahverdiyevə çatan Qurbanlı 65-69-cu yerləri bölüşür.

Premyer Liqada iki klubda çıxış edən hücumçu "Qarabağ"da 88 oyunda 39, "Zirə"də 9 matçda 1 dəfə fərqlənib.

Qeyd edək ki, Musa 40-cı qolunu cari çempionatda vuran ikinci futbolçudur. Ona qədər Coy-Lens Mikels ("Sabah") buna nail olub.

Chosen
38
12
fanat.az

10Sources