EN

Erkən və yaxın qohumlar arasında nikahlarla mübarizəyə dair kənd məktəbində görüş

ain.az xəbər verir, 525.az saytına əsaslanaraq.

Ölkəmizdə qəbul edilmiş müvafiq qanunveriilik aktlarına söykənərək, son dövrlər bölgələrimizin  ictimai həyatında narahatlıq doğuran bir sıra hallarla, o sıradan  erkən yaşlarında, eləcə də qohumlar arasında nikaha daxılolma kimi fəsadlı təzahürlərlə mübarizə tədbirləri yeni vüsət alır və bu yöndə xüsusən gənclər arasında məlumatlandırıcı işlər genişləndirilir. 

Tovuz rayonunun Aşağı Öysüzlü kənd  orta məktəbində keçirilən “Gələcəyini düşün: erkən nikahın və qohum nikahının fəsadları” mövzusunda  maarifləndirici tədbir də bu məqsədlərə xidmət edib.

Tədbirdə Qazax-Tovuz Regional Təhsil İdarəsinin, Tovuz Rayon İcra Hakimiyyətinin, Rayon Polis Şöbəsinin nümayəndələri, müəllimlər, ağsaqqallar və yuxarı sinif şagirdləri iştirak ediblər.

Görüşdə Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Tofiq Əliyev, Qazax-Tovuz Regional Təhsil İdarəsinin Tovuz rayon üzrə təhsil sektorunun müdiri Aysel Quliyeva, Tovuz Rayon Polis Şöbəsinin əməkdaşı İlham Məmmədov və sözügedən məktəbin direktoru Səhər İmamverdiyev, şagirdlər və digər iştirakçılar çıxış ediblər.

Çıxışlarda erkən və qohum nikahlarının cəmiyyətin və onun bünövrəsi olan ailənin sağlam inkişafına ciddi maneələrdən olduğu vurğulanıb. Qeyd edilib ki, bu hallar yeniyetmələrin təhsildən yayınmasına, sağlamlıq problemlərinə, psixoloji gərginliyə və gələcək həyat imkanlarının məhdudlaşmasına səbəb olur.

Həmçinin ölkəmizdə gənclərin təhsilli, savadlı və milli-mənəvi dəyərlərə sadiq vətəndaş kimi formalaşmasının dövlətimizin siyasətinin prioritet istiqamətlərindəndən olduğu bildirilib və qeyd edilib ki, inkişafımıza maneə yaradan təzahürlərə qarşı mübarizəyə töhfə vermək hər birimizin mənəvi borcudur.

Vurğulanıb ki, Ümummilli Lider Heydər Əliyev hər zaman gənclərə xüsusi diqqət və qayğı ilə yanaşmış, onların sağlam ruhda böyüməsini dövlətin gələcəyinin əsası kimi dəyərləndirmiş və bu siyasət bu gün də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir,  ölkəmizdə təhsilin inkişafı, gənclərin hərtərəfli formalaşması və onların hüquqlarının qorunması istiqamətində mühüm addımlar atılır, eləcə də Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən həyata keçirilən sosial və humanitar layihələr, xüsusilə uşaqların və qadınların hüquqlarının müdafiəsinə yönəlmiş təşəbbüslər cəmiyyətimizdə sağlam ailə modelinin təşviqinə böyük töhfə verir.

Görüşdə erkən və qohum nikahların həm qanunvericiliyə, həm də sağlam cəmiyyət prinsiplərinə zidd olduğu gənclərin diqqətinə çatdırılıb,  qeyd olunub ki, bu cür halların qarşısının alınması üçün məktəb kollektivləri, fəal şagirdlər, ailə və hüquq-mühafizə orqanları birgə fəaliyyət göstərməli, yeniyetmələr arasında mütəmadi olaraq maarifləndirmə işi aparılmalıdır. 

Tədbirdə mövzuya dair maarifləndirici videoçarx da nümayiş olunub.

Zakir Muradov,

Tovuz – Gəncə 

 

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
58
525.az

1Sources