Xəbər verdiyimiz kimi, Bakıda “MediHall Hospital’”da estetik əməliyyat etdirən qadın vəfat edib.
Baş Prokurorluğun Mətbuat xidmətindən Sitat.info-ya verilən məlumata görə, fevralın 10-da rayonu ərazisində yerləşən “MediHall Hospital”da əməliyyat olunmuş 1983-cü il təvəllüdlü Nigar İsmayılovanın 3 gün sonra həmin klinikada ölməsi faktı ilə bağlı Binəqədi rayon prokurorluğunda araşdırma aparılır. “Hadisənin səbəbi tam, hərtərəfli və obyektiv araşdırılaraq nəticəsi barədə müvafiq qərarın qəbul olunması təmin ediləcək”- məlumatda deyilir.
“Medihall Hospital”ın baş həkimi Nigar Məhəmmədova “Sitat.info”-ya danışıb.
O pasiyentin səhhətində yaranan başqa bir narahatlıqdan öldüyünü qeyd edib: “Xanım pasiyent fevralın 9-da əməliyyat olmuşdu.Yırtıq əməliyyatı olundu, əməliyyat uğurla keçdi. Evə getdikdən sonra pasiyentin ürəyində problem yaranıb. Daha sonra başqa klinikaya aparıblar. Bizimlə əlaqəsi yoxdur”.
Tehran,
Sitat.info