EN

“Məktəbli Qızlar” turnirində Lənkəran zonasında qrup mərhələsi başa çatıb FOTO

ain.az xəbər verir, Idman.biz saytına əsaslanaraq.

AFFA ilə Elm və Təhsil Nazirliyinin birgə əməkdaşlığı, UEFA-nın dəstəyi ilə təşkil olunan “Məktəbli Qızlar” turnirində Lənkəran zonası üzrə qrup mərhələsinə yekun vurulub.

İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) məlumat yayıb.

Bildirilib ki, E qrupunda son oyunlar mərkəz seçilmiş Şilavar kənd tam orta məktəbində keçirilib və 4 komanda mübarizə aparıb. Əvvəlcə 7 saylı məktəb və Şilavar kənd tam orta məktəbin komandası üz-üzə gəlib. Ardından Xarici Dillər Təmayüllü (XDT) internat tipli gimnaziya və 5 saylı məktəblərin komandaları qarşılaşıblar.

F qrupunun son matçları isə 4 komandanın iştirakı ilə Sütəmurdov kənd tam orta məktəbində təşkil olunub. Əvvəlcə 1 saylı və Sütəmurdov kənd tam orta məktəblərin, ardından isə 4 və 3 saylı məktəblərin komandaları qarşılaşıblar.

E qrupundan 5 saylı və Şilavar kənd tam orta məktəbin, F qrupundan isə 1 və 4 saylı tam orta məktəbin komandası Lənkəran zonası üzrə pley-off mərhələsinə vəsiqə qazanıblar.

İdman.Biz

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
110
43
icma.az

10Sources