EN

Epşteyn sənədlərində adı keçən şəxslərlə bağlı siyahı açıqlanıb 300 dən çox tanınmışın adı var

Azpolitika.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

ABŞ-nin Baş Prokuroru Pam Bondi amerikalı maliyyəçi Jeffrey Epstein ilə bağlı sənədlərdə adı çəkilən 300-dən çox tanınmış şəxsin adının yer aldığı siyahını dərc edib. 

Bu barədə “Fox News” Baş Prokurorun Konqres üzvlərinə ünvanladığı məktuba istinadən məlumat yayıb.

Məktubda qeyd olunur ki, ABŞ Ədliyyə Nazirliyinin Epşteyn işi üzrə açıqladığı materiallarda adı ən azı bir dəfə hallanan keçmiş və hazırkı vəzifəli şəxslər və siyasi xadimlər siyahıya daxil edilib.

Siyahıda keçmiş prezidentlər Bill Clinton, Barack Obama və Joe Biden, sabiq vitse-prezident Kamala Harris, keçmiş dövlət katibi Hillary Clinton, həmçinin Britaniya şahzadəsi Prince Harry yer alır.

Bundan başqa, siyahıya multimilyarderlər Bill Gates və Mark Zuckerberg, musiqiçilər Bono, Beyonce, Kurt Cobain, Bruce Springsteen, televiziya siması və iş adamı Kim Kardashian, eləcə də rejissor Woody Allen və digər məşhurlar daxildir.

Baş Prokurorun sözlərinə görə, Ədliyyə Nazirliyinin sərəncamında olan bütün sənədlər, qeydlər və istintaq materialları ictimaiyyətə təqdim olunub. Bildirilir ki, materiallar insan alveri də daxil olmaqla doqquz müxtəlif kateqoriyanı əhatə edir.

Qeyd edək ki, Ceffri Epşteyn 6 iyul 2019-cu ildə Nyu-York ştatında həbs edilib. Onunla bağlı cinayət təqibi 2019-cu ilin avqustunda həbsxanada intihar etməsindən sonra dayandırılıb. Epşteynin əlaqələrinin təkcə ABŞ-lə məhdudlaşmadığı, müxtəlif ölkələrdən siyasətçilər, biznes nümayəndələri və şou-biznes ulduzlarını əhatə etdiyi bildirilir.

"AzPolitika.info"

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
114
azpolitika.info

1Sources