EN

Motosikleti heçə sayan piyadalar yolu necə gəldi keçib təhlükə yaratdı VİDEO

ain.az bildirir, Avtosfer saytına əsaslanaraq.

Paytaxtın 8-ci mikrorayon dairəsində yol hərəkəti qaydalarını pozan piyadalar görüntülənib.

Avtosfer.az-ın məlumatına görə, hadisə fevralın 13-də saat 08:44 radələrində qeydə alınıb. Kadrlardan göründüyü kimi, iki qadın müəyyən olunmamış yerdən yolu keçib, digər piyadalar isə işıqforla nizamlanan piyada keçidində növbəni gözləmədən hərəkət ediblər. Bu zaman onlar özləri ilə yanaşı, ərazidən keçən motosiklet sürücüsünü də təhlükəli vəziyyətlə üz-üzə qoyublar.

Görüntülərdə piyadaların yaxınlaşan nəqliyyat vasitəsini görmələrinə baxmayaraq hərəkətlərini davam etdirdikləri aydın görünür. Hətta gənc oğlan verilən səs siqnalına da məhəl qoymadan yolu keçməyə çalışıb.

Təəssüf ki, hər gün qeydə alınan piyadavurma hadisələrinin əsas səbəblərindən biri məhz piyadaların yol hərəkəti qaydalarına laqeyd yanaşmasıdır. Unutmaq olmaz ki, yol yalnız sürücülər üçün deyil, piyadalar üçün də risk mənbəyidir. Hər bir piyada yalnız müəyyən olunmuş yerlərdən və işıqforun icazəverici siqnalı ilə yolu keçməli, öz təhlükəsizliyinə məsuliyyətlə yanaşmalıdır.

Nərmin

Oxunub 118

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
25
avtosfer.az

1Sources