EN

“BAŞINA MƏN DÖNÜM, A BAŞ PROKUROR!” Qazi Vüqar Tofiqoğlu bir sözdür deyib, boş verin!

Hurriyyet portalından alınan məlumata görə, ain.az xəbər verir.

“Başına mən dönüm, a baş redaktor,

O mənim şerimdir - yaşımdan böyük.

Baş aça bilmirsən, başını yorma,

Bir sözdü demişəm başımdan böyük”

(Məmməd İlqar)

Savaş dostumuz Vüqar Tofiqoğlunun absurd ittihamla həbsə atılması, ardınca  daha absurd əsaslandırma ilə , daha düzü, əsaslandırılmadan həbs qətimkan tədbirinin daha üç aylığa uzadılması ədalətə olan inamımızı daha da sarsıdıb. Açıq-aydın görünür ki, Qarabağ qazisi baş redaktora “torbatikmə” əməliyyatı sürdürülür. Yoxsa, ittihamın girişinin “PA-nın 24 illik rəhbəri Ramiz Mehdiyevin  və qeyrilərinin barəsində CM-in 193, 274, 278-ci maddələri ilə cinayət işinin başlanılması”  və ... “Hürriyyət”in baş redaktoru Vüqar Məmmədova CM-in 182-ci maddəsi ilə ittiham olunması” ilə davam etdirilməsi , ən azı, məntiqə uyğun deyil.

“Azərlotereya” və “Veysəloğlu” şirkətlərini “hədə-qorxu” ilə mülki müqavilə bağlamağa məcbur etmək “cinayəti”nin absurdluğunu (qanunsuz, zorakı mülki müqavilələr, əqdlər Cinayət Məcəlləsinə yox, Mülki Məcəlləyə uyğun araşdırılır) bir yana qoyaq, axı bu “cinayətin” dövlətə xəyanət maddələri ilə nə bağlılığı ola bilər? Ünlü filmdə deyildiyi kimi, yoxsa “limçay” calağı” cinayət qanunvericiliyinə tətbiq olunur? Baş redaktorun maddəsini keçmiş PA rəhbərinin maddələrinə “calaq” etməyə 105 gün bəs etmədi, daha 90 gün həbs müddəti uzadılır?! Vüqar bəyin, heç olmasa, Qarabağ qazisi olması yüngülləşdirici hal kimi nəzərə alına bilməz?

Azərbaycanın böyük şairi Dədə Məmmədin (Məmməd İlqar) şerini “təhlükə” olduğundan  çap etmək istəmirlər. Onda şair baş redaktora şerlə üz tutur:

“Başına mən dönüm, a baş redaktor!

O mənim şerimdir- yaşımdan böyük.

Baş aça bilmirsən, başını yorma,

Bir sözdü demişəm başımdan böyük”.

Biz də savaş dostumuzun üzləşdiyi  absurd ittihamla bağlı baş prokurora üz tutmaqda haqlıyıq: “ Başına mən dönüm, a baş prokuror! O baş redaktor Vüqar Tofiqoğlu bizim dostumuzdur, bir sözdü deyib, boş verin!” Bizim dost itirən, dostun da bizi itirən vaxtı deyil! “Oğuznamə”də deyilir, qardaşın dost olsa, qardaş yaxşıdır! Dostluq tostla deyilməz, dost yolunda ölümə gedərlər. (Biz heç məhkəməyə də gedə bilmirik, nədən xəbərimiz olmur, bir də əbədi “dostumuz” -sağlamlıq durumumuz imkan vermir).

“Başına mən dönüm, a baş prokuror!” İttihamdan imtina et, vallah QAZİ DOSTUMUZ TƏQSİRSİZDİR, 182-ci cinayət maddəsini dövlətə xəyanətə “calamaq” mümkünsüzdür! “Torba tikməyə” qalsa, ev dustaqlığında da mümkündür...

Məğrur BƏDƏLSOY

Qarabağ Qazilərinin Qazi Vüqar Tofiqoğlunun Müdafiə Komitəsinin Baş katibi

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
17
hurriyyet.az

1Sources