EN

“Təhdid altında olan güzəştlər ABŞ ilə müzakirə mövzusu deyil” - İran XİN rəhbəri

İranın xarici işlər naziri Abbas Əraqçı ABŞ ilə mümkün danışıqlarla bağlı mövqeyini açıqlayıb.

Missiya.Az xəbər verir ki, o bu barədə özünün “X” sosial media hesabında paylaşım edib.

“Təhdid şəraitində edilən güzəştlər müzakirə olunmayacaq”, - deyə siyasətçi vurğulayıb.

Əraqçının sözlərinə görə, o Cenevrəyə ABŞ ilə ədalətli və bərabər əsaslara söykənən razılaşmaya nail olmaq məqsədilə real və konstruktiv ideyalarla gedib.

O qeyd edib ki, danışıqların gündəmində təzyiq və ya təhdid altında güzəşt məsələləri yer almır.

İran XİN rəhbəri bu gün Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin baş direktoru Rafael Qrossi ilə texniki məsələlərin müzakirəsi üçün görüş keçirəcəyini açıqlayıb.

Bundan əlavə, Əraqçı danışıqlara başlamazdan öncə, fevralın 17-də Oman xarici işlər naziri Bədr əl-Busaidi ilə ayrıca görüş planlaşdırdığını əlavə edib.

Daşqın HəsənovMissiya.Az

Chosen
34
2
missiya.az

3Sources