EN

Fövqəladə hallar nazirinin yeni müavini Xanlarov KİMDİR...

Xəbər verdiyimiz kimi, fövqəladə hallar naziri Kəmaləddin Heydərova iki yeni müavin təyin edilib.

Bunlar Cəbrayıl Xanlarov və Yusif Nəbiyevdir.

Ölkə.az Cəbrayıl Xanlarovun internet mənbələrində yayılmış qəsa tərcümeyi-halnını təqdim edir.

Cəbrayıl Eldar oğlu Xanlarov 3 noyabr 1972-ci ildə Bakıda anadan olub. 1995-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetini bitirib.

O, bir müddət Dövlət Gömrük Komitəsinin “Azərterminlakompleksdə” qurumunda işləyib.
Burada gömrük xidməti mayoru rütbəsinədək yüksəlib.

Daha sonra Fövqəladə Hallar Nazirliyi strukturuna keçib.

2005-ci ildən indiyə kimi nazirliyin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə rəhbərlik edib.
2021-ci ildə Cəbrayıl Eldar oğlu Xanlarova 3-cü dərəcə dövlət müşaviri ixtisas dərəcəsi verilib.

Chosen
102
1
olke.az

2Sources