ABŞ-ın Avropadakı keçmiş komandanı Ben Hodges Novi müsahibədə Ukraynadakı münaqişənin 2026-cı ildə başa çatmayacağını bildirib.
Editor.az xəbər verir ki, o, Moskva ilə Kiyev arasında davam edən qarşıdurmanın 2026-cı ilin sonunadək yekunlaşacağına inanıb-inanmadığı barədə suala mənfi cavab verib.
Hodgesin sözlərinə görə, ABŞ hökuməti Rusiyaya kifayət qədər təzyiq göstərmir. Onun fikrincə, Moskva isə Avropaya yetərincə hörmət etmədiyi üçün onun çağırışlarına məhəl qoymur. General hesab edir ki, müttəfiqlər Rusiyaya təsirli təzyiq mexanizmləri tətbiq etmədikcə, münaqişə davam edəcək.
Daha əvvəl Wolfgang Ischinger Munich Security Conference-ın sədri, Avropa ölkələrinin Ukraynadakı münaqişənin həlli prosesindən faktiki olaraq kənarda qaldığını bildirmişdi. Onun sözlərinə görə, hazırda Avropanın danışıqlarda real rolu yoxdur.
// Gülnarə Abasova, Editor.az